blogpost-title

İdarəetmə

Kommunikasiya

Korporativ mədəniyyət

Əməkdaşları heç vaxt tərifləməyin

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Əməkdaşlarınızı heç vaxt tərifləməyin. Heç vaxt.

Zarafat edirəm. Amma bizim rəhbərlərimizin böyük hissəsi bu fikirdə yaşayır — bilmədən.

Falcon Consulting Group olaraq Azərbaycanda onlarla özəl və dövlət təşkilatında sorğu keçirdik. Nəticə? Rəhbərlərin davranışında ən aşağı göstərici — tərif. Həvəsləndirmə. Müsbət rəy.

Bu mental problemdir. Biz tərifi zəiflik əlaməti kimi görürük. Və ya "tərifləsəm — özündən çox razı ola bilər." "Onsuz da əmək haqqı alır — tərifə nə ehtiyac?" Bu düşüncə tərzi əməkdaşa belə bir mesaj göndərir: sən görünmürsən.

Görünməyən adam isə iki şeydən birini edir. Ya minimum səylə işləyir — çünki fərq etmir. Ya da daha yaxşı görünəcəyi yerə gedir.

Müsbət rəy xərc tələb etmir. Vaxt da çox almır.

"Yaxşı iş gördün" — 3 söz. "Bu hesabatı çox gözəl hazırlamışdın" — 5 söz. "Sənin bu işə yanaşman komandaya nümunədir" — 6 söz.

Bu cümlələr əməkdaşın həftəsini dəyişir. Bəzən — karyerasını.

Rəhbərsənsə — bu gün bir əməkdaşını tərif et. Konkret, səmimi, üz-üzə. Əməkdaşsansa — bu videonu rəhbərinə göndər. Bəlkə işə yarıyar.