Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)
Şirkətin böyüməsi dayanıbsa — ola bilsin ki, günahkar bazar deyil, rəqib deyil. Çox güman ki, günahkar şirkətin başında durandır.
Hər qərar bir adamın masasında gözləyir. Hər imza, hər razılıq, hər addım — o bir nəfərdən asılıdır. Komanda isə gözləyir. Gözləyir. Gözləyir.
Bu vəziyyətin şirkətə nə etdiyini izah edim.
Məsuliyyətli işçi var — o, öz işini görüb, qərar gözləyir. Gözləyir, gözləyir, bir müddət sonra motivasiyasını itirir. Çünki onun enerjisi boşa gedir.
Məsuliyyətsiz işçi var — o isə sevinir. Çünki qərar ondan gəlmir. Səhv də ondan gəlmir. Heç nə ondan gəlmir. Rahatdır.
Nəticə? Güclülər ayrılır. Zəiflər qalır. Şirkət isə kiçilir — rəhbər nə qədər çalışsa da.
Bir nəfər hər şeyi idarə edə bilər — kiçik şirkətdə. Amma müəyyən bir nöqtədən sonra bu model şirkəti böyütmür. Əksinə — içindən yeyir. Rəhbər özü şirkətin tıxacına çevrilir.
Tanıdığın belə bir rəhbər var? Yaxud özün bu vəziyyətdəsən?