Ədliyyə Nazirliyində daxili təlimçilərin və təlimlərin hazırlanması layihəsi davam edir. Çoxsaylı namizədlərdən seçilmiş təlimçi qrupunda "Təlimçilər üçün təlimi” tamamladıq. Dinləyiciləri təlimin digər tədris növlərindən fərqləri, təlimdə baş verən proseslər, yetkinlərin öyrənmə prinsipləri, Kolb dövrü, təlimin hazırlanması, keçirilməsi və dəyərləndirilməsinin xüsusiyyətləri barədə məlumatlandırmaqla yanaşı onların bu sahələrdə praktiki təcrübələrini artırdıq. Təlimçi portfellərini tanışlıq, isinmə və praktiki tapşırıqlarla bol-bol doldurduq. Ən əsası isə iştirakçılarla təlimçi fəlsəfəmizin mahiyyətini təşkil edən "təlim təlim xətrinə yox, iştirakçılarda konkret səriştələri inkişaf etdirmək və onların effektivliyini artırmaq naminə keçirilir" mesajını çatdırdıq. Əminik ki, onlar da gələcək fəaliyyətlərində bu yanaşmanın daşıyıcılarına çevrilib qurumlarında baş verən ciddi transformasiyaya əhəmiyyətli töhfələrini verəcəklər.
Amma bununla həm bizim, həm təlimçilərin işi bitməyib. Növbəti mərhələ – iştirakçıların hazırladıqları proqramların demo-təlimlərdə real auditoriya qarşısında keçirilməsidir. Əminik ki, yeni təlimçilərimiz bu vəzifənin öhdəsindən gözlədiyimizdən də layiqincə gələcəklər. Dostlar, uğurlar! Sizlərə inanırıq və Sizlərdən əminik!








