blogpost-title

Xəbərlər

Seminar "İstehsalatda mənfəətin gizli mənbələri"

Mənfəətin artımı barədə düşünərkən satışların artırılması, qiymətlərin yüksəldilməsi ilk ağıla gəlir və çox zaman maya dəyərinin azaldılması da bu məqsədə xidmət etdiyi unudulur. Bütün istehsalat müəssisələrində baş verən 8 növ gizli itki var. “TOYOTA” şirkətində yaranmış və dünyanın bütün aparıcı istehsalat müəssisələrində tətbiq olunan "lean production" yanaşması onları müəyyən edib aradan qaldırmaq yollarını təyin edir və maya dəyərinin aşağı düşməsinə xidmət edir. Seminarda "lean production"un əsasları və praktiki alətləri barədə danışılacaq.

🏭 Kimin üçün nəzərdə tutulub: İstehsalat müəssisələrinin rəhbərləri, maliyyə direktorları, kommersiya direktorları, əməliyyat direktorları, texniki direktorları, istehsalat direktorları, digər rəhbər və məsul şəxsləri üçün

🏢 Təşkilatçı: FALCON CONSULTING GROUP

🙎🏻‍♂ ️Təlimçi: Namiq Kazımov

⏱️ Keçirilmə tarixi: 24 fevral 2024-cü il

Keçirilmə vaxtı: 15:00 - 17:00

📌 Keçirilmə yeri: "Caspian Plaza" Biznes Mərkəzi, 18-ci mərtəbə, "Marie Curie" zalı

💵 Seminar ödənişlidir: iştirak haqqı 50 AZN

📜 Sertifikat: iştirak barədə sertifikat verilir

🙋🏻‍♂ Qeydiyyat: https://forms.gle/eD1mNJBZS3BpTY5v8