Adətən, yay aylarında hər kəs istirahət edir və təlim fəaliyyəti demək olar ki, dayanır. Amma bu yay fərqli oldu. Zəmanə ilə uyğunlaşan şirkətlərimiz əməkdaşlarının fasiləsiz inkişaf etmələrini istəyirlər.
Falcon Consulting Group-un növbəti təlimi "PAŞA Sığorta" ASC-nin əməkdaşları üçün oldu. "Vau çıxış: təqdimat bacarıqları" təlimində iştirakçılar yerində praktiki tapşırıqları icra etməklə, ev tapşırığını yerinə yetirməklə, özlərinin çıxışlarına kənardan baxmaqla təqdimat bacarıqlarını inkişaf etdirdilər.
İştirakçılara təşəkkür edib uğurlar arzu edirik!









