Falcon Consulting Group-un təşkil etdiyi liderlik və idarəetmə bacarıqlarına dair növbəti açıq formatlı təlimimiz yekunlaşdı. Açıq təlimlərin özəlliklərindən biri odur ki, onlara qatılan iştirakçılar arasında həm idarəetmə təcrübəsi zəngin, həm də bu sahədə ilk addımlarını atan şəxslər, həm özəl, həm dövlət sektorunun nümayəndələri, həm xaricdə təhsil almış, həm yerli universitetlərin məzunları olur. Bu da imkan verir ki, təlim iştirakçıları tək təlimçinin yox, fərqli korporativ mədəniyyət daşıyıcılarının da liderlik və idarəetməyə baxışları ilə tanış olsunlar, təcrübə mübadiləsi aparsınlar. Bir sirr açaq ki, yaxşı təlimlərdə tək iştirakçılar öyrənmir, təlimçiyə də iştirakçıların təcrübəsi maraqlıdır, o, onu təhlil edir və uyğun hesab etdikdə hətta gələcəkdə tədris edir.
Təlimimizin bütün iştirakçılarına 1 ay ərzində birgə fəaliyyətimizə görə təşəkkür edirik və iş həyatlarında yeni zirvələri fəth etməklərini arzu edirik!