"MKT İstehsalat Kommersiya" MMC-nin rəhbər heyəti üçün şirkətimizin nümayəndəsi Namiq Kazımov tərəfindən "Lean management-ə giriş" mövzusunda təlim keçirildi. Yanaşmanın dayaq nöqtələri, dəyər və itki anlayışları, itkilərin 8 növü və sair mövzular açıqlandı. Təlimi daha da anlayışlı və maraqlı edən "5S" oyunu iştirakçıların yadında xüsusən qaldı.
Kəskinləşən rəqabət şəraitində effektivlik məsələsi hər zaman önə çıxır. Lean management isə onu təmin edən və dünya miqyasında özünü doğrultmuş əsas vasitələrdəndir.