Gizli yoxlama, gizli nəzarət... Bu idarəetmə deyil. Bu casusluqdur.
Çox rəhbər nəzarəti alət kimi yox, silah kimi işlədir. Əməkdaş səhv edəndə onu tutmaq üçün. Nəticə? Qeyri-sağlam iş mühiti. Belə şəraitdə işləyən isə heç vaxt tam potensialını ortaya qoymur.
Nəzarətin məqsədi səhv tapmaq deyil. Məqsəd — əgər səhv baş veribsə, vaxtında düzəltmək. Fərqi hiss edirsiniz?
Düzgün nəzarətin üç şərti var. Birincisi, əməkdaş bilməlidir ki, onu yoxlayacaqlar. Gizlilik yoxdur. İkincisi, nə yoxlanacağını bilməlidir. İş standartı da aydın olmalıdır. Üçüncüsü, nəzarətin nəticəsi ona çatdırılmalıdır.
Düşünün, əgər sabah işinizin yoxlanacağını bilsəniz — necə işləyəcəksiniz? Daha diqqətli, daha məsuliyyətli. Elə bu nəzarətin əsl funksiyasıdır — insanı oyaq saxlamaq, səfərbər etmək.
Sizin komandanda nəzarət necə qurulub — açıq, yoxsa gizli? Şərhdə yazın. Həmkarlarınıza bu videonu göndərin, müzakirə edin.