blogpost-title

İdarəetmə

Bütün qərarları bir adam verir

Müəllif: Şahin Qədimli (shahin.gadimli@fcg.az)

Şirkətin böyüməsi dayanıbsa — ola bilsin ki, günahkar bazar deyil, rəqib deyil. Çox güman ki, günahkar şirkətin başında durandır.

Hər qərar bir adamın masasında gözləyir. Hər imza, hər razılıq, hər addım — o bir nəfərdən asılıdır. Komanda isə gözləyir. Gözləyir. Gözləyir.

Bu vəziyyətin şirkətə nə etdiyini izah edim.

Məsuliyyətli işçi var — o, öz işini görüb, qərar gözləyir. Gözləyir, gözləyir, bir müddət sonra motivasiyasını itirir. Çünki onun enerjisi boşa gedir.

Məsuliyyətsiz işçi var — o isə sevinir. Çünki qərar ondan gəlmir. Səhv də ondan gəlmir. Heç nə ondan gəlmir. Rahatdır.

Nəticə? Güclülər ayrılır. Zəiflər qalır. Şirkət isə kiçilir — rəhbər nə qədər çalışsa da.

Bir nəfər hər şeyi idarə edə bilər — kiçik şirkətdə. Amma müəyyən bir nöqtədən sonra bu model şirkəti böyütmür. Əksinə — içindən yeyir. Rəhbər özü şirkətin tıxacına çevrilir.

Tanıdığın belə bir rəhbər var? Yaxud özün bu vəziyyətdəsən?

Şahin Qədimli
Şahin Qədimli
Falcon Consulting Group-un təsisçisi və direktoru

Telekommunikasiya, istehsalat və konsaltinq sahələrində 20 ildən artıq idarəetmə təcrübəsi. Hüquq və idarəetmə üzrə iki ali təhsil.

LinkedIn →

Növbəti addım

Şirkətinizdə idarəetmə sistemi nə dərəcədə qurulub?

Qərarlar bir nəfərdən asılıdırsa, tapşırıqlar itirsə və səlahiyyətlər aydın deyilsə — korporativ idarəetmə sistemi qurmağın vaxtıdır.