blogpost-title

Management

Test

News

İdarəetmə bacarıqlarını onlayn yoxla

İdarəetmə ilə məşğul olanların bir çoxu özünə bu sualı verir: “Mən həqiqətən effektiv idarə edirəmmi?” Bunu obyektiv qiymətləndirmək isə çox vaxt çətin olur.

Məhz buna görə Falcon Consulting Group olaraq yeni bir təşəbbüsə başladıq. İlk məhsulumuz vasitəsilə hər kəs öz idarəetmə bacarıqlarını onlayn şəkildə yoxlaya bilər.

Qiymətləndirmə 8 əsas istiqamət üzrə aparılır:

  • tapşırıq verilməsi
  • deleqasiya (tapşırığın ötürülməsi)
  • nəzarət və nəticənin idarə olunması
  • əks əlaqə
  • motivasiya
  • planlaşdırma
  • qərarvermə və məsuliyyət
  • komanda ünsiyyəti və təsir

Sorğunu tamamladıqdan sonra iştirakçılar avtomatik olaraq e-poçt vasitəsilə fərdi hesabat əldə edirlər. Hesabatda:
✔ 3 güclü tərəf
✔ inkişaf tələb edən 3 istiqamət
✔ və onların inkişafı üçün qısa tövsiyələr təqdim olunur.

Sorğuda iştirak etmək üçün: https://forms.gle/ryg68fDSHP43Kmhu8

Xidmət ödənişsizdir və Falcon Consulting Group-un “idarəetmə praktikasını inkişaf etdirməklə tərəqqiyə töhfə vermək” missiyası çərçivəsində hazırlanıb.