Konsaltinq

Biznesdə süni intellektin tətbiqi


Süni intellekt artıq yalnız iri korporasiyaların imkanı deyil. Əsas sual “hansı aləti almaq” yox, “hansı prosesdə real fayda verəcək” sualıdır. Biz bu suala idarəetmə təcrübəsi ilə cavab veririk.

Tanış vəziyyətdir?


!

Süni intellektdən istifadə etmək istəyirsiniz, amma haradan başlamağı bilmirsiniz.

!

Əməkdaşların vaxtı təkrarlanan əl işinə — sənəd hazırlamağa, məlumat köçürməyə, hesabatlara gedir.

!

Bir neçə alət sınanıb, amma sistemli nəticə yoxdur.

!

Məlumatların təhlükəsizliyindən narahatsınız.

Necə işləyirik


  1. 1

    Proseslərin auditi

    Hansı proseslərdə süni intellektin vaxt və xərc qənaəti verə biləcəyini müəyyən edirik.

  2. 2

    Sürətli həllərin seçimi

    Faydası aydın, tətbiqi sadə 3–5 həll seçirik.

  3. 3

    Pilot

    Seçilmiş həlli real işdə, məhdud miqyasda sınayır və nəticəni ölçürük.

  4. 4

    Tətbiq və təlim

    Həlli iş proseslərinə daxil edir, əməkdaşları onunla işləməyə öyrədirik.

Tətbiq edə biləcəyimiz həllərə nümunələr


  • Müqavilələrin və sənədlərin ilkin hüquqi təhlili
  • Rəqiblərin və bazarın avtomatik monitorinqi, həftəlik hesabatla
  • Daxili sənədlər və təlimatlar üzrə korporativ köməkçi (çat-bot)
  • Müştəri müraciətlərinin ilkin emalı və cavab layihələrinin hazırlanması
  • Hesabat və təqdimatların hazırlanmasının avtomatlaşdırılması
  • Əməkdaşlar üçün süni intellektlə məşq və rol oyunları
3–5

sürətli həll

Pilot

geniş tətbiqdən əvvəl

Təlim

əməkdaşlar üçün daxildir

Əvvəlcə öz biznesimizdə sınayırıq


Müştərilərə təklif etdiyimiz yanaşmanı ilk növbədə özümüzdə tətbiq edirik. Falcon Consulting Group-un öz süni intellekt məhsulları:

AI Müqavilə Köməkçisi

Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müqavilələri 5 dəqiqəyə təhlil edən Telegram botu.

ai.fcg.az →

Rəqib monitorinqi agenti

Rəqiblərin sosial şəbəkələrdəki fəaliyyətini izləyib həftəlik hesabat hazırlayan avtonom süni intellekt agenti.

İdarəetmə Sisteminin Yetkinlik Testi

Cavablar əsasında avtomatik qiymətləndirmə və fərdi PDF hesabat hazırlayan onlayn alət.

fcg.az/sistem →

Tez-tez verilən suallar


Böyük büdcə tələb olunurmu?

Xeyr. Bahalı platformalarla deyil, sürətli və aşağı büdcəli həllərlə başlayırıq. İnvestisiya pilotun nəticələrinə əsasən genişləndirilir.

Süni intellekt əməkdaşları əvəz edəcəkmi?

Məqsəd insanları əvəz etmək deyil, onları təkrarlanan işdən azad edib daha dəyərli işlərə yönəltməkdir.

Məlumatlarımızın təhlükəsizliyi necə təmin olunur?

Tətbiqdən əvvəl məlumatların harada və necə emal olunacağı sizinlə razılaşdırılır.

Haradan başlamaq olar?

İlkin görüşdən: proseslərinizi müzakirə edir, süni intellektin ən çox fayda verə biləcəyi istiqamətləri təklif edirik.

Süni intellekt biznesinizə nə qədər vaxt qazandıra bilər?


Müraciət edin — prosesləriniz üzrə ilkin müzakirə aparaq.